DİN Sumqayıtdakı qəza ilə bağlı məlumat yaydı

DİN Sumqayıtdakı qəza ilə bağlı məlumat yaydı
  20 Sentyabr 2019    Oxunub:2449
Daxili İşlər Nazirliyi (DİN) dünən Bakı-Quba yolunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, sentyabrın 19-da saat 15 radələrində Sumqayıt şəhərinin Yeni Yaşma qəsəbəsi ərazisində Bakı şəhər sakinləri A.Rzayevin idarə etdiyi “Hyundai” və Fuad Musazadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə F.Musazadə və A.Rzayevin sərnişini, həmyerlisi Kamran Atayev hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşən “Hyundai” markalı avtomobil "Atəşgah Sığorta"ya məxsus olub.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti