Üç nəfərə 40 min manat “atan” dələduz tutuldu

Üç nəfərə 40 min manat “atan” dələduz tutuldu
  20 Sentyabr 2019    Oxunub:2627
Nərimanov RPİ-yə müraciət edən Bakı şəhər sakinləri İ.Ağayev və E.Axundzadə cari ilin iyul ayında Firdovsi adlı şəxsin aldadaraq onlardan ümumilikdə 34500 manat pul aldıqlarını bildiriblər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri ilə dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Ələkbərov saxlanılıb.

Onun 2013-cü ilin oktyabr ayında paytaxt sakini olan daha bir qadını aldadaraq 5000 manatını alması da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN   Dələduz  





Xəbər lenti