Mehriban Əliyeva neftçiləri təbrik edib - FOTO

 Mehriban Əliyeva neftçiləri təbrik edib -    FOTO
  20 Sentyabr 2019    Oxunub:3331
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar “İnstagram” hesabında paylaşım edib.
Azvision.az xəbər verir ki, Birinci vitse-prezidentin paylaşımında deyilir: “Əziz dostlar, iyirmi beş il əvvəl ölkəmizin iqtisadi müstəqilliyinin təməlini qoyan "Əsrin müqaviləsi" imzalanıb.

Azərbaycanda neftçi peşəsi hər zaman şərəfli və hörmətli peşələrdən biri sayılıb və sayılır. Əziz neftçilər, biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik. Qəhrəmanlığa bərabər əməyinizə, fədakarlığınıza görə çox sağ olun.

Sizi bu yubiley münasibətilə ürəkdən təbrik edirəm, sizə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram”.



Azvision.az


Teqlər: Mehriban-Əliyeva  





Xəbər lenti