Azərbaycanlılar Rusiyada qəzaya düşdü: 2 ölü, 10 yaralı var

   Azərbaycanlılar Rusiyada qəzaya düşdü:     2 ölü, 10 yaralı var
  20 Sentyabr 2019    Oxunub:2767
Rusiyada Azərbaycan vətəndaşlarının olduğu mikroavtobus qəzaya uğrayıb.

Azvision.az xəbər verir ki, hadisə Dağıstanın Qayakənd rayonunun “Kavkaz” avtomobil yolunda baş verib. Belə ki, “Lada Qranta” və “Hyundai Solaris” markalı avtomobillər Azərbaycan dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.
Qəza nəticəsində iki nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralılar Qayakənd xəstəxanasına çatıdırılıb. Qəzada ölənlər 1993-cü il təvəllüdlü Axtın və 1994-cü il təvəllüdlü Qayakənd sakinləridir. Yaralılardan üçünün Azərbaycan vətəndaşı olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil, araşdırma aparılır.

Azvision.az



Teqlər: Rusiya   Qəza  





Xəbər lenti