Maştağada ağır yol qəzası - 1 ölü, 2 yaralı

Maştağada ağır yol qəzası -   1 ölü, 2 yaralı
  20 Sentyabr 2019    Oxunub:2151
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə Maştağa qəsəbəsi (Kirov dairəsi adlandırılan) ərazisində qeydə alınıb. Qəza nəticəsində 79 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Yaralılar 71 yaşlı qadın sağ baldırın kəsilmiş yarası, 37 yaşlı oğlan qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ bazu sümüyünün əzilməsi diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Hazırda onların müalicələri davam edir.

Azvision.az



Teqlər: Maştağa   Qəza   Ölüm  





Xəbər lenti