Bakıda polis əməkdaşını maşın vurub

   Bakıda polis əməkdaşını maşın vurub
  20 Sentyabr 2019    Oxunub:2011
Bakının Nərimanov rayonunda polis əməkdaşının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, minik avtomobili metronun "Gənclik" stansiyasının yaxınlığında, Tofiq Bəhramov adına stadionun qarşısında xidmət aparan və Çevik Polis Alayının əməkdaşı, 1987-ci il təvəllüdlü Ağayev Vüsal Elsevər oğlunu vuraraq qaçıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır

Azvision.az



Teqlər: Bakı   Yol   Polis  





Xəbər lenti