Nazir təsərrüfatlara baxış keçirib

Nazir təsərrüfatlara baxış keçirib
  19 Sentyabr 2019    Oxunub:1592
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Quba rayonunda özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış keçirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a verilən məlumata görə, ötən il Quba rayonunda 148 ailə özünüməşğulluq proqramına cəlb edilib və vətəndaşlar verilmiş aktivlər hesabına kiçik ailə təsərrüfatlarını yaradıblar. Bu ilin ötən dövründə isə rayonda artıq 100-ə yaxın işsiz və işaxtaran şəxs proqrama cəlb olunub. Onların bir qısmi təlimi başa vuraraq aktivlərlə təmin edilib, digərləri isə növbəlilik əsasında təlimlərdə iştirak edəcəklər. Yaradılan təsərrüfatların böyük əksəriyyəti kənd təsərrüfatı, qalan hissəsi isə xidmət sahələrinə aiddir.

S.Babayev özünüməşğulluq proqramı iştirakçıları ilə görüşü zamanı qeyd edib ki, dövlət başçısının tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı aztəminatlı ailələrin kiçik biznesə çıxışına geniş imkanlar yaradır. Proqrama cəlb olunanların sayı bundan sonrakı dövrdə də ildən-ilə artırılacaq. Nazir bildirib ki, əsas məqsəd həssas qrupların dövlətin dəstəyindən faydalanaraq məşğulluğunu təmin etmək və rifah halını yaxşılaşdırmaqdır.

Vətəndaşlar mühüm sosial proqramın onların həyatında əhəmiyyətli rol oynadığını qeyd ediblər. Proqram iştirakçıları yaradılan şəraitə və göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Azvision.az


Teqlər: Nazir   Təsərrüfat  





Xəbər lenti