Fuad Qəhrəmanlı arvadını döyür, Əli Kərimli isə susdururmuş - BÖYÜK QALMAQAL (ŞƏKİLLƏR)

  19 Sentyabr 2019    Oxunub : 17869
 Fuad Qəhrəmanlı arvadını döyür, Əli Kərimli isə susdururmuş - BÖYÜK QALMAQAL (ŞƏKİLLƏR)
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmurun "Facebook" səhifəsində AXCP sədri Əli Kərimli ilə bağlı yaydığı məlumat ictimaiyyət arasında ciddi rezonans doğurub və partiyada hansı təfəkkürlü insanların olduğunu bir daha ortaya qoyub.


Selcan Yağmurun yazdığı statusdan aydın olur ki, əslində Əli KərimliFuad Qəhrəmanlını birləşdirən ortaq cəhətlərdən biri də zorakılıq, qadın hüquqlarına sayğısızlıqdır.

S.Yağmur yazır: “...tribunalarda insan haqlarından danışan, hətta qadın haqları mövzusunda belə aman verməyən Fuad Qəhrəmanlının da, evində qızının dizini, arvadının barmaqlarını sındırmış, şiddətin də xüsusi sadist növünü tətbiq edən bir cani olduğunu demək, mənə elə gəlir ki, sosial borcdur, mənim şəxsi ailə problemim yox”.



Ən dəhşətlisi Əli Kərimlinin bu barbarlığa özünə xas şəkildə göz yummasıdır.

“Hətta Əli Kərimli ailə psixoloqluquna soyunub bu mövzuda! Anama başa salıb ki, kişilər belə olur, dözmək, gələcəyi düşünmək lazımdır, uşaqlarınız var, "onsuz da 40 yaşından sonra boşanıb, nə edəcəksiniz ki?" Bəs siz Əli Kərimlinin "qonşu arvad" rolunda bu qədər bacarıqlı olduğunu bilirdiniz? Adam az qalırdı desin ki, "az çörəyivi verir? Sus otur da”. Belə gördüm ki, bu cəbhə bütünü ilə ikiüzlü, iyrənc bir yerdir. Əli Kərimli evdə necə bir vəhşilik etdiyini hərfi hərfinə bildiyi adamı, sağ yanında saxlayır”, - deyə S.Yamur qeyd edir.

Əslində Əli Kərimlinin və partiyasına yığışan cəbhəçilərin insanları şantaj, qorxutma, hədələmə ilə “susdurmaq” taktikası ilk dəfə deyil.



Bu məqamda xatırladaq ki, AXCP sədrinin keçmiş müşaviri Zərifə Məhəddinova da partiya rəhbərliyi tərəfindən şantaja məruz qaldığını etiraf etmişdi: “Mənə də dedilər ki, bir də Əli Kərimli və Gözəl Bayramlını tənqid etsəm, bütün saytlar, bütün qəzetlər məndən yazacaq. Məni şantaj edirdilər ki, “Sənin qızlarının və özünün şəkilləri hər yeri bəzəyəcək. Bax onda dilini qarnına qoyub susacaqsan. Bu məktub əlimdədir. Məktubu çap edərdim. Lakin məktubda o qədər söyüş o qədər tərbiyəsiz ifadələr var ki, özümə yaraşdırmadım”.



Hazırda Niderlandda təhsil alan Selcanın məlum statusu sosial şəbəkə birmənalı qarşılanmayıb. Hadisələrdən xəbərdar olan istifadəçilər Selcana dəstək nümayiş etdiriblər. Bir çoxları F.Qəhrəmanlı və Kərimlinin iç üzünün açıldığını deyərək, buna görə gənc qıza təşəkkürlərini bildiriblər.



Gözlənilməz anda böyük zərbə alan F.Qəhrəmanlı "profil oğurlanıb" desə də, onun bu yalanı alınmayıb. Və dərhal Kərimlinin bir himə bənd olan trol ordusu gənc qızın statusuna tökülüşərək onu təhqir və şantaj etməyə başlayıblar.



Bugünkü hadisə bir çox qaranlıq məqamlara aydınlıq gətirdi. F.Qəhrəmanlının necə qeyri-insani xüsusiyyətlərə malik ailə başçısı, valideyn olması ilə yanaşı, onun təmsil olunduğu partiyanın rəhbərliyinin insan hüquqları, demokratiyaya bürünən maskaları cırıldı. Başqa vaxt canlı yayımlarda, statuslarda insan hüquqlarından dəm vuran bu zavallılar normal ailə dəyərlərinə belə sahib çıxa bilmirlər. Biri evdə həyat yoldaşına amansız işgəncələr verir, partiya rəhbəri isə bu vəhşiliyə haqq qazandırır. Sonra isə bir yerdə ağız-ağıza verib, "ölkədə insan hüquqlarının pozulduğunu" deyirlər...

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: AXCP   Qadınhüquqları