Zümrüd Yağmur Fuad Qəhrəmanlını həyatından sildi - FOTO

  19 Sentyabr 2019    Oxunub : 4172
 Zümrüd Yağmur Fuad Qəhrəmanlını həyatından sildi - FOTO
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmurun "Facebook" səhifəsində atası ilə bağlı yaydığı məlumat ciddi rezonans doğurub. Hazırda Niderlandda olan S.Yağmur anasının boşanmaq üçün məhkəməyə müraciət etdiyini bildirib. Onun sözlərinə görə, boşanmaya səbəb F.Qəhrəmanlının həyat yoldaşı və qızlarına qarşı zorakılıq göstərməsi olub.
"Fuad Qəhrəmanlının evində qızının dizini, arvadının barmaqlarını sındırmış, şiddətin xüsusi sadist növünü tətbiq edən bir cani olduğunu demək, mənə elə gəlir ki, sosial borcdur" - S.Yağmur yazıb.

AXCP-yə yaxın mənbələrdən Azvision.az -a daxil olan məlumata görə, ailənin boşanma ərəfəsində olması xəbəri doğrudur. Yaxın aylarda boşanma rəsmiləşəcək.



Maraqlıdır ki, Zümrüd Yağmur "Facebook" profilində Fuad Qəhrəmanlı ilə evli olması barədə qeydi də silib. Hətta onu dostluqdan çıxarıb. Məlum olub ki, F.Qəhrəmanlının ailəsində münasibətlər hələ onun həbsindən əvvəl pisləşməyə başlayıb. Son günlər isə şiddətli hal alıb.



Xatırlayırsınızsa, Z.Yağmurun F.Qəhrəmanlı həbsdə olarkən Milli Şuranın keçirdiyi mitinqlərə geyiminin üzərində həyat yoldaşının yox, Nardaran hadisələrinə görə həbs edilən Hacı Talehin (Bağırov) fotoları ilə qatılması diqqətdən yayınmamışdı.

Sual olunurdu ki, hansı səbəbdən onun yaxasına taxdığı vərəqədə ərinin yox, Taleh Bağırzadənin şəkli olub, öz həyat yoldaşından çox radikal dindarı müdafiə edən çıxışlar edib?.

Hazırda baş verən hadisələr sualların əbəs yerə verilmədiyini, cütlük arasında xoşagəlməz hadisələrin yaşandığını təsdiqləyir.

Azvision.az


Teqlər: Fuad-Qəhrəmanlı