Bakıda gəlin 70 yaşlı qayınanasını öldürüb

Bakıda gəlin 70 yaşlı qayınanasını öldürüb
  19 Sentyabr 2019    Oxunub:1997
Bakıda törədilən dəhşətli qətlin üstü açılıb.
Azvision.az xəbər verir ki, 1949-cu il təvəllüdlü Qreçneva Valentina Aleksandrovnanın gəlini Mədinə Şıxabdulova tərəfindən öldürüldüyü məlum olub. Hadisə məişət münaqişəsi zəminində baş verib. Belə ki, M.Şıxabdulova küt alətlə qadının baş nahiyəsindən vuraraq onu həyatdan məhrum edib.

Hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Bakı   Qətl   Qadın   Gəlin  





Xəbər lenti