Elektron Hökumətin İnkişafı Mərkəzi 2 şirkətlə anlaşdı - Fotolar

Elektron Hökumətin İnkişafı Mərkəzi 2 şirkətlə anlaşdı -    Fotolar
  19 Sentyabr 2019    Oxunub:2983
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM), “İnnovasiyalar Mərkəzi” MMC və “VFS Global” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, “VFS Global” müxtəlif ölkələrə viza, pasport və müxtəlif vətəndaş xidmətləri göstərən ən böyük şirkətdir. Dünyanın 147 ölkəsində 3093 viza müraciəti mərkəzinə malik olan “VFS Global” indiyədək 203 milyondan çox viza müraciətini qəbul edib.



Memorandum “VFS Global” şirkətinin geniş əhatə dairəsi və imkanlarından istifadə etməklə “ASAN xidmət” modelinin və elektron hökumət sahəsində Azərbaycanda yaradılmış elektron həllərin “VFS Global”ın fəaliyyət göstərdiyi ölkələrdə tətbiqi, təbliği və inkişaf etdirilməsi üzrə əməkdaşlığı nəzərdə tutur.




Azvision.az




Teqlər: ASAN-Xidmət  





Xəbər lenti