Bolton Trampın xarici siyasətini kəskin tənqid edib

  Bolton Trampın xarici siyasətini kəskin tənqid edib
  19 Sentyabr 2019    Oxunub:2252
ABŞ prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton ölkə rəhbərinin xarici siyasətini kəskin tənqid edib.

Azvision.az xəbər verir ki, bu barədə “Politico” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Nyu-Yorkda qapalı keçirilən görüşdə Bolton bildirib ki, Trampın “Taliban” liderini prezidentin Kemp-Deviddə yerləşən iqamətgahına dəvət etməsi ciddi səhv idi. O, bu addımı 11 sentyabr terror qurbanlarına qarşı hörmətsizlik kimi dəyərləndirib.

Bundan başqa, Bolton Koreya Xalq Demokratik Respublikası və İranla bağlı aparılan danışıqlar barədə də mənfi fikirlər səsləndirib. Onun sözlərinə görə, danışıqlar uğursuzluğa məhkumdur.

Bolton hesab edir ki, rəsmi Tehran və Pxenyan yalnız ABŞ-ın sanksiyalarını yüngülləşdirmək üçün danışıqlar aparmaqda maraqlıdır.

İlkin Nəcəfzadə
Azvision.az




Teqlər: ABŞ   Bolton   Tramp  





Xəbər lenti