Azərbaycan məhsulları beynəlxalq sərgidə

Azərbaycan məhsulları beynəlxalq sərgidə
  19 Sentyabr 2019    Oxunub:1411
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi bu gün Birləşmiş Ərəb Əmirliklərində işə başlayan “SMART SME MENA 2019” sərgisində öz məhsullarını təqdim edir.
Nazirlikdən Azvision.az -a bildirilib ki, sərgidə kiçik və orta müəssisələr sektorunda texnologiya, təhsil, daşınmaz əmlak, səhiyyə, maliyyə, sığorta və digər sahələr üzrə fəaliyyət göstərən peşəkarlar bir araya toplanıb.

Məlumat Hesablama Mərkəzi sərgidə Mobil Cihazların Qeydiyyat Sistemi, nömrə satışı sistemi, nömrə daşıma və Çağrı mərkəzi xidməti ilə iştirak edir.

Sözügedən sərgidə əsas məqsəd texnoloji bilik və resursları bölüşməklə əldə edilən qlobal rəqabət qabiliyyəti sayəsində yenilikləri təşviq etmək və məhsuldarlığı artırmaqdır. Bu strateji platforma beynəlxalq şirkətlərin Şimali Afrika və Orta Şərq regionu daxilində fəaliyyətinin genişlənməsinə imkan yaradaraq onlara öz məhsullarını və xidmətlərini yerli kiçik və orta müəssisələrə təqdim etmək imkanı verir.

Qeyd edək ki, iki gün davam edəcək sərgidə 73 şirkət iştirak edir.

Azvision.az



Teqlər: Məhsul   Sərgi  





Xəbər lenti