Şəhid Müşfiq Orucovun anım mərasimi keçirilib - VİDEO

Şəhid Müşfiq Orucovun anım mərasimi keçirilib -    VİDEO
  18 Sentyabr 2019    Oxunub:1632
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Aprel şəhidi Müşfiq Orucovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyəti, şəhidin ailə üzvləri, Qarabağ müharibəsi veteranları, respublikamızın tanınmış incəsənət nümayəndələri, Zəngilan rayon İcra Hakimiyyətinin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin və ictimaiyyətin nümayəndələri iştirak edib.



Tədbirdə çıxış edənlər Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan, əsgərlərimizin cəbhədə əldə etdikləri uğurlardan söz açıblar.
Şəhidin atası Arif Orucov ailəsi adından çıxış edərək ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbirin keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Digər çıxış edənlər şəhidliyə ehtiramın vətənpərvərlik tərbiyəsində əhəmiyyətindən danışıblar, şəhidə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbir xalq artisti Niyaməddin Musayevin və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin təqdim etdiyi xalq mahnılarından, vətənpərvərlik ruhlu musiqilərdən və hərbi marşlardan ibarət musiqi proqramı ilə sona çatıb.

Azvision.az



Teqlər: Şəhid   MüşfiqOrucov  





Xəbər lenti