Dələduzluq edən Yevlax sakini tutuldu

Dələduzluq edən Yevlax sakini tutuldu
  18 Sentyabr 2019    Oxunub:1637
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də rayon sakini K.Məmmədovanın 50 manatını və qızıl-zinət əşyalarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Yevlax rayon sakini F.Abdullazadə saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, görülmüş tədbirlərlə onun həmyerlisi olan bir qadınla birgə rayon ərazisindəki evlərin birindən 500 manat, 5300 ABŞ dolları və 13 min manat dəyərində qızıl-zinət əşyaları oğurladığı da müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər:





Xəbər lenti