Putin şahzadə ilə neft zavodlarına hücumu müzakirə etdi

   Putin şahzadə ilə neft zavodlarına hücumu müzakirə etdi
  18 Sentyabr 2019    Oxunub:1574
Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanı krallığının vəliəhd şahzadəsi, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudla telefonla danışıb.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, telefon danışığı Səudiyyə Ərəbistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Putin Səudiyyə Ərəbistanındakı neft emalı zavodlarına edilən hücumlara görə narahatlığını ifadə edib və baş verənlərin araşdırılmasının vacibliyini vurğulayıb.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Rusiya   Ərəbistan  





Xəbər lenti