Dağıstanda terrora hazırlaşan İŞİD-çi tutuldu

Dağıstanda terrora hazırlaşan İŞİD-çi tutuldu
  18 Sentyabr 2019    Oxunub:1906
Dağıstanda Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları terrora hazırlaşan İŞİD-çini saxlayıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ələ keçirilən şəxs 2007-ci il təvəllüdlü Rusiya vətəndaşıdır. O, Dağıstanın Tarumovski rayonu ərazisindəki meşəlik ərazidə aşkar edilib.

Araşdırma zamanı məlum olub ki, İŞİD qruplaşmasının üzvü ölkənin hüquq-mühafizə və hakimiyyət orqanlarının əməkdaşlarına qarşı terror hücumu planlaşdırıb.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Dağıstan  





Xəbər lenti