Ermənistanda polkovnik həbs olundu

 Ermənistanda polkovnik həbs olundu
  18 Sentyabr 2019    Oxunub:2154
Ermənistanda "Koş" cəzaçəkmə müəssisəsinin rəhbəri, ədliyyə polkovniki Lyova Bağdasaryan rüşvət aldığına görə saxlanılıb.
Azvision.az "Sputnik Ermənistan"-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ədliyyə Nazirliyinin cinayət icra idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nona Navikyan təsdiqləyib.

Onun sözlərinə görə, həbsxana rəisi bu gün səhər saatlarında həbs olunub. Cinayət işi Milli Təhlükəsizlik Xidmətinə təhvil verilib.

Qeyd edək ki, Lyova Bağdasaryan 2015-ci ildən "Koş" cəzaçəkmə müəssisəsinin rəhbəri işləyib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ermənistan   Rüşvət  





Xəbər lenti