Ermənistanın sabiq baş prokuroru həbs oluna bilər

Ermənistanın sabiq baş prokuroru həbs oluna bilər
  18 Sentyabr 2019    Oxunub:1805
Ermənistanın sabiq baş prokuroru Ağvan Hovsepyan 1 Mart hadisələrində ittiham oluna bilər.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ölkənin Xüsusi İstintaq Xidməti tezliklə Hovsepyanı soğru-sual edəcək.

"Fakt" qəzetinin yaydığı məlumata görə, adı 1 Mart hadisələrində şahid qismində keçən baş prokurorla bağlı vəziyyət dəyişə bilər. Belə ki, hakimiyyət orqanları artıq bu qərarı qəbul ediblər və hər ehtimala qarşı sentyabr ayının sonunadək həyata keçirəcəklər.

Hakim fraksiyadan olan bəzi deputatlar isə bildiriblər ki, Ağvan Hovsepyan Mart hadisələrində iştirak etməyə bilməzdi. Bu səbəbdən o da cəzasını çəkməlidir.

Qeyd edək ki, cari ilin iyul ayında Ağvan Hovsepyan 2008-ci ilin martında baş vermiş iğtişaşlarla əlaqədar bir dəfə dindirilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti