“Xaş–xaş 2019” - 593 kq narkotik məhv edilib

  18 Sentyabr 2019    Oxunub : 991
 “Xaş–xaş 2019” - 593 kq narkotik məhv edilib
“Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, rayonun Öryət kəndi ərazisindəki meşə sahəsində yabanı halda yetişmiş 2,3-4,5 metr hündürlüyündə ümumi çəkisi 593 kiloqram olan 147 ədəd çətənə kolları aşkar olunaraq məhv edilib.

Faktla bağlı ŞRPŞ-də araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Narkotik