Məhkum oğluna narkotik gətirən ata saxlanılıb

Məhkum oğluna narkotik gətirən ata saxlanılıb
  18 Sentyabr 2019    Oxunub:1535
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Penitensiar Xidmətdən Azvision.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Allahverdiyev Ceyhun Yusib oğluna atası Bakı şəhər sakini Allahverdiyev Yusib Baba oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sarımsaq olan paketin içərisində gizlədilmiş sellofan bükülülərdə 0.275 qram narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: PenitensiarXidmət   Məhkum   Narkotik  





Xəbər lenti