Bakıda "Maserati" 25 yaşlı qızı vurub öldürdü

 Bakıda "Maserati" 25 yaşlı qızı vurub öldürdü
  18 Sentyabr 2019    Oxunub:6511
Bakının Nərimanov rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, metronun "Gənclik" stansiyasının yaxınlığında "Maserati" markalı minik avtomobili yolu keçmək istəyən 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vurub. Piyadanı vuran sürücü hadisə yerindən yayınıb. Yaralı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, G.Əmiraslanlı xəstəxanada dünyasını dəyişib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışları istiqamətində iş aparır.

Azvision.az



Teqlər: Qəza   Maşın   Piyada   Qız  





Xəbər lenti