Putinlə Zelenskinin görüş vaxtı açıqlandı
Məlumata görə, iki ölkə rəhbərinin görüşü sentyabrın 17-də Belarusun paytaxtı Minskdə əlaqə qrupunun görüşünün nəticələrindən asılı olacaq. Belə ki, həmin iclas zamanı Donbas regionunda münaqişə tərəflərinin hərbi güclərinin geri çəkilməsinin razılaşdırılması, həmçinin "Ştaynmayer formulu"nun təsdiqi və imzalanması gözlənilir.
Qeyd olunan məsələlər baş tutacağı təqdirdə Rusiya və Ukrayna liderlərinin oktyabrda "Normand dördlüyü" sammiti çərçivəsində görüş ehtimalı real olacaq.
Azvision.az