DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır

DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
  17 Sentyabr 2019    Oxunub:7006
Dövlət Təhlükəsizliyi Xidməti (DXT) pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovanın adından sosial şəbəkələrdə saxta profil açılması ilə bağlı müraciəti icraata götürüb.
Bu barədə Azvision.az -a MiQ-29 hərbi təyyarəsi ilə qəzaya düşərək həlak olan pilot Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, bu məsələnin aydınlaşdırılması istiqamətində addımlar atılır: "Dövlət Təhlükəsizliyi Xidməti müraciətə kifayət qədər ciddi yanaşır. İnanırıq ki, mütləq şəkildə nəticə əldə olunacaq".

Qeyd edək ki, sosial şəbəkədə pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovanın adından saxta profil açılıb. Həmin profil vasitəsilə insanlardan maddi yardım istənilib.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Pilot   RəşadAtakişiyev  





Xəbər lenti