3 nəfəri aldadıb pulunu alan şəxs tutuldu

  16 Sentyabr 2019    Oxunub : 682
3 nəfəri aldadıb pulunu alan şəxs tutuldu
Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan 3 nəfər avqust ayında ayrı-ayrı vaxtlarda naməlum şəxsin aldadaraq onlardan ümumilikdə 230 manat pul aldıqlarını bildiriblər.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən xəbərə görə, müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılmış, qısa müddətdə həmin şəxs müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvələr də analoji əmələ və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunan Elton Əliyev 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.


Azvision.az

Teqlər: DİN