İran BƏƏ-yə gedən tankeri saxladı

  16 Sentyabr 2019    Oxunub : 849
İran BƏƏ-yə gedən tankeri saxladı
İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında Birləşmiş Ərəb Əmirliyinə gedən tankeri saxlayıb.
Azvision.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Bildirilir ki, gəminin 11 üzvü saxlanılıb. Onlar dizel yanacağı qaçaqmalçılığında şübhəli bilinirlər. Ümumilikdə, tankerdə 250 min litr dizel yanacağı aşkar edilib. Tankerin kimə məxsus olması barədə məlumat verilməyib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: İran   Tanker