Dostları ilə birlikdə dayısını öldürdü - Lənkəranda qətl

  16 Sentyabr 2019    Oxunub : 1848
Dostları ilə birlikdə dayısını öldürdü - Lənkəranda qətl
Sentyabrın 14-də Lənkəran rayonunun Liman şəhərində Eyvaz Yusubovun üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində tamah məqsədilə qətli törətməkdə şübhəli bilinən Liman şəhər sakinləri, əvvəllər məhkum olunmuş bacısı oğlu V.Hüseynov, əvvəllər məhkum olunmuş E.Quliyev və V.Mirzəyeva saxlanılıblar.

Azvision.az

Teqlər: DİN