Hindistanda gəmi qəzası, 12 turist ölüb

  15 Sentyabr 2019    Oxunub : 809
Hindistanda gəmi qəzası, 12 turist ölüb
Hindistanda gəmi qəzaya uğrayıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Qodavari çayında baş verib. Gəminin çevrilməsi nəticəsində 12 nəfər ölüb, 20-dən çox insan itkin düşüb.

Hadisə zamanı gəmidə 60 nəfər olub. Onların hamısının turist olduğu bildirilir. Qəzanın başvermə səbəbi məlum deyil.

Azvision.az

Teqlər: Hindistan   Gəmi   Qəza