Dərsə 1 gün qaldı... - FOTOREPORTAJ

  15 Sentyabr 2019    Oxunub : 3441
 Dərsə 1 gün qaldı... - FOTOREPORTAJ
Sabahdan məktəblərdə dərslər başlayacaq. Yeni tədris ilində ölkənin ümumi təhsil müəssisələrinin I sinifində 164 234 şagird təhsil alacaq, orta məktəblərdə isə 1 525 016 şagird oxuyacaq. Şagirdlərdən 714 259-u qız, 810 757-si oğlandır.
İbtidai sinif şagirdləri üçün ilk dərs məşğələsi "İdman və sağlamlıq" mövzusuna həsr ediləcək. V-IX siniflərdə ilk dərs "Mütailə - mənəvi zənginliyə aparan yol" mövzusunda olacaq. X-XI siniflərdə isə ilk dərs "Azərbaycan inkişaf yollarında" mövzularına həsr olunacaq.

Məktəblərin açılmasına bir gün qalsa da, valideynlər dərs ləvazimatları almaq üçün paytaxtda fəaliyyət göstərən yarmarkalara üz tuturlar. Yarmarka çadırlarında məktəblilər üçün lazım olan bütün ləvazimatlar mövcuddur. Satıcıların sözlərinə görə, müştərilərə münasib qiymətlər təklif olunur.

Qeyd edək ki, yarmarkalar Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən təşkil edilib. Yarmarka çadırları metronun “Nəriman Nərimanov”, “Gənclik”, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli”, “Azadlıq prospekti”, “Memar Əcəmi”, “İnşaatçılar”, “Elmlər Akademiyası”, “Nizami” stansiyalarının qarşısında, ümumilikdə 19 yerdə quraşdırılıb.

Azvision.az -ın məktəb yarmarkalarından hazırladığı fotoreportajı təqdim edirik:











































FOTO: Şahin Sərdarov
Azvision.az

Teqlər: Məktəb   Dərs   Yarmarka   Dərslik   Kitab