FETÖ-yə qarşı əməliyyat: 223 şübhəli hərbçi saxlanıldı

  14 Sentyabr 2019    Oxunub : 1015
 FETÖ-yə qarşı əməliyyat: 223 şübhəli hərbçi saxlanıldı
Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) gizli şəbəkəsinə qarşı əməliyyatlar davam edir.
Azvision.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən həyata keçirilən istintaq çərçivəsində baş tutan əməliyyatda fəaliyyətdə olan 223 gizir saxlanılıb.

Onlardan 100-ü Quru Qoşunlarında, 41-i Hava Qüvvələrində, 32-i Dəniz Qüvvələrində, 46-ı Jandarma, 4-ü Sahil Təhlükəsizlik Xidmətində xidmət edir.

Qeyd edək ki, əməliyyat İstanbulun 41 rayonunda və Şimali Kipr Türk Cümhuriyyətində həyata keçirilib.

Kənan Məmmədov
Azvision.az

Teqlər: FETÖ