ABŞ Kubaya qarşı embarqonun müddətini uzadıb

ABŞ Kubaya qarşı embarqonun müddətini uzadıb
  14 Sentyabr 2019    Oxunub:1931
ABŞ Prezidenti Donald Tramp Kubaya qarşı qüvvədə olan embarqonun vaxtını 2020-ci il sentyabrın 14-dək uzatmaq barədə qərar qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Kubaya qarşı embarqonun müddətinin bir il də uzadılması milli maraqlara uyqundur”, - bəyanatda belə deyilir.

Qeyd edək ki, Kubaya qarşı ilk sanksiyalar 1960-cı ildə, Amerika fiziki və hüquqi şəxslərinin mülklərinin milliləşdirilməsindən sonra tətbiq olunmağa başlanıb. Sonra sanksiyalar embarqoya qədər genişləndirilib. 1962-ci ildə Kuba, Amerika Dövlətləri Təşkilatından çıxarıldı, ABŞ Hərbi Dəniz Qüvvələri isə ölkə ətrafında qarantin zonası yaratdılar.

1966-cı ildən isə ABŞ vətəndaşları Kubaya səfər etmək imkanından məhrum oldular. Bu qaydanı pozanları 10 ilə qədər həbs və böyük miqdarda cərimə gözləyir.

Kubaya qarşı tətbiq olunan sanksiyalar bu gün də qüvvədədir. İqtisadi blokadalar Kuba iqtisadiyyatına 100 milyard dollar miqdarında ziyan vurub.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: ABŞ   Kuba  





Xəbər lenti