Ermənistan ordusunda rüşvət faktı - İki zabitə cinayət işi açıldı

 Ermənistan ordusunda rüşvət faktı -   İki zabitə cinayət işi açıldı
  14 Sentyabr 2019    Oxunub:2596
Ermənistanda ordu korpusunun şəxsi heyət bölməsinin zabitinin vəzifələrə təyin edilmələri üçün müxtəlif hərbi hissələrin hərbi qulluqçularından külli miqdarda rüşvət alma faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildiriıib ki, "N" saylı ordu korpusu qərargahının kapitanı M.S. 2017-ci ilin iyunundan 2018-ci ilin dekabrınadək hərbi hissələrdə işə qəbul, korpusların şəxsi heyətinin siyahıları və səlahiyyətlərinin həyata keçirilməsinə kömək üçün vakant vəzifələrin mövcudluğu barədə rəsmi məlumatlı olmaq, yəni vəzifəyə təyin edilmək üçün təkliflər vermək, xidmətə keçmək, lazımi sənədləri hazırlamaq, müzakirə zamanı müsbət rəy vermək, sənədləri rəhbərin imzasına təqdim etmək və vəzifəyə təyin etmək və s. əməllər nəticəsində Ermənistanın Müdafiə Nazirliyinin müxtəlif bölmələrinin hərbçilərindən külli miqdarda rüşvət alıb.

Bununla bağlı kapitan M.S. Ermənistan Cinayət Məcəlləsinin 311-ci maddəsinin 3-cü bəndinin üçüncü bəndi, 38-312-ci maddənin 2-ci bəndi, 11-ci maddəsinin 3-cü bəndinin 3-cü bəndi ilə ittiham edilir. Leytenant H.B. isə Cinayət Məcəlləsinin 312-ci maddəsinin 2-ci bəndi ilə ittiham olunur.

Azvision.az


Teqlər: Ermənistan   Rüşvət  





Xəbər lenti