Su Məcəlləsində dəyişiklik edilib - Yeni qadağa
Həmçinin, “Sudan istifadəyə görə güzəşt və azadolmalar yalnız təbii su mənbələrindən aşağıdakı məqsədlərlə götürülən suya görə tətbiq edilir" məzmunda ikinci hissə əlavə edilir:
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) emal edilməmiş su ilə təmin edilməsi;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən içməli su təchizatı;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektrik enerjisinin istehsalı üçün sudan istifadə edilməsi.
2. 44-cü maddənin birinci hissəsinin yeddinci abzasından “sudan istifadəyə və” sözləri çıxarılır və həmin hissəyə aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilir:
“bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla, sudan istifadəyə görə haqq ödənilmədikdə;”.
4. 80-ci maddə üzrə:
4.1. birinci hissəyə “su obyektlərindən” sözlərindən sonra “tələb olunan həcmdə və ödənişsiz” sözləri əlavə edilir;
4.2. aşağıdakı məzmunda ikinci hissə əlavə edilir:
“Yanğından mühafizə ehtiyacları üçün götürülmüş sudan və bu suyun saxlanıldığı obyektlərdən təyinatdankənar istifadə edilməsi qadağandır.”.
5. 96-cı maddənin birinci hissəsinin ikinci abzasına “sudan” sözündən, üçüncü abzasına “su obyektlərindən” sözlərindən əvvəl “bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilir.
6. 97-ci maddənin birinci hissəsində “Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla” sözləri “Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla,” sözləri ilə əvəz edilir.
7. 98-ci maddənin üçüncü hissəsi ləğv edilir.
Azvision.az
Teqlər: Su-Məcəlləsi Qadağa Fərman