“Həyat yoldaşım güləndə mən xoşbəxt oluram” - Zelenski

  13 Sentyabr 2019    Oxunub : 4600
“Həyat yoldaşım güləndə mən xoşbəxt oluram” - Zelenski
Ukrayna prezidenti Vladimir Zelenski onun üçün xoşbəxtliyin nə olduğunu açıqlayıb.

"Xoşbəxtlik mənim ailəm, həyat yoldaşım üçün nə deməkdir? Həyat yoldaşım burada. O gülümsəyən zaman mən xoşbəxt oluram. Niyə də yox?! Xoşbəxtlik xoşbəxt ailə deməkdir".
Azvision.az xəbər verir ki, bunu Zelenski Kiyevdə keçirilən Yalta Avropa Strategiyası forumunda "İndi xoşbəxtlik. Böhran vəziyyətində dünyaya yeni yanaşmalar" mövzusunda çıxışında deyib.



Zelenski prezident olduğuna görə, özünü xoşbəxt hiss edib-etməməsi barədə sualı cavablandırıb: "Mən prezident olduğum üçün xoşbəxtəmmi? Əmin deyiləm. Ancaq məhz Ukrayna prezidenti olduğum üçün xoşbəxtəm".



Onun sözlərinə görə, indi orta statistik Ukrayna ailəsi xoşbəxt deyil. Çünki ailə üzvlərinin bəziləri Donbassda müharibədə iştirak edir, bəzisi isə pul qazanmaq üçün xaricə üz tutur.



Şahanə Rəhimli
Azvision.az

Teqlər: Ukrayna   Zelenski