Keçmiş məhkum tapança ilə tutulub

  13 Sentyabr 2019    Oxunub : 665
Keçmiş məhkum tapança ilə tutulub
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz silah daşımaqda şübnhəli bilinən Bakıxanov qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əsgərov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “Naqan” markalı tapança və 2 ədəd patron aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: DİN   silah