Türkiyədə terror aktı: Ölən və yaralılar var

  12 Sentyabr 2019    Oxunub : 1145
Türkiyədə terror aktı: Ölən və yaralılar var
​PKK qruplaşması Türkiyənin Diyarbəkir vilayətinin Ağacqorur kəndi yaxınlığında terror aktı törədib.
Azvision.az xəbər verir ki, terrorçular tərəfindən əvvəlcədən yola döşənən partlayıcı qurğu meşəyə odun yığmağa gedən şəxsləri aparan mikroavtobus ərazidən keçərkən işə salınıb.

Diyarbəkir Valiliyindən verilən açıqlamada bildirilib ki, terror aktı yerli vaxtla saat 18:00-da baş verib. İlkin məlumata görə, terakt nəticəsində 4 vətəndaş həlak olub, 13 nəfər yaralanıb.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Türkiyə   Terror   Diyarbəkir