KTMT və Qarabağ: “Putinin hansı rol oynadığını bilirsiniz” - Bakıya mesaj

  KTMT və Qarabağ:  “Putinin hansı rol oynadığını bilirsiniz” -  Bakıya mesaj
  12 Sentyabr 2019    Oxunub:4315
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusunun verilməsi barədə qərar kollektiv olaraq qəbul edilməlidir"
Azvision.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Yuri Borisov KTMT-nin İrəvanda keçirilən hərbi-iqtisadi əməkdaşlıq üzrə dövlətlərarası komissiyasının iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

"Bu, təkcə Azərbaycana aid deyil. KTMT hər zaman keçmiş SSRİ respublikaları ilə əməkdaşlıq etməkdən məmnun olacaq. Biz hamımız nə zamansa bir ailə olmuşuq, ortaq nələrimizsə var. Bu, həm də bütün keçmiş respublikaların hərbi qüvvələrinin müəyyən tarazlığına aiddir. Buna görə də biz balanslı və düşünülmüş siyasət aparırıq".

Onun sözlərinə görə, bütün KTMT ölkələri və Azərbaycan ilə hərbi-texniki əməkdaşlığa gəlincə, Rusiya Qarabağ münaqişəsinin alovlanmasında maraqlı deyil.

"Əksinə, Rusiya münaqişənin həll olunması üçün hər yolla kömək edəcək. Rusiyanın, xüsusən də prezidentimizin bu məsələdə hansı rol oynadığını bilirsiniz" .

Borisov daha sonra qeyd edib ki, "modernləşmə" ilə bağlı qərar kollektiv şəkildə qəbul edilir: "İstənilən qərar təşkilatın nizamnaməsinə və qaydalarına uyğun olaraq qəbul ediləcək".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: KTMT   Rusiya   Qarabağ  





Xəbər lenti