AŞPA prezidenti İlham Əliyevin qəbulunda - FOTO (Yenilənib)

 AŞPA prezidenti İlham Əliyevin qəbulunda -  FOTO (Yenilənib)
  12 Sentyabr 2019    Oxunub:4668
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Lilian Mori Paskieni qəbul edib.
Azvision.az xəbər verir ki, söhbət zamanı AŞPA prezidenti xanım Lilian Mori Paskienin Azərbaycanla tanışlığının, müxtəlif səviyyələrdə keçirilən görüşlərin və aparılan müzakirələrin əlaqələrimizin inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaratdığı qeyd olundu. Görüşdə bu il Avropa Şurasının təsis edilməsinin 70 illiyinin qeyd olunduğu və bu çərçivədə keçirilən tədbirlərin önəmi vurğulandı.



Söhbət zamanı Azərbaycan-Avropa Şurası əməkdaşlığının müxtəlif aspektləri geniş müzakirə edildi, Azərbaycanın Avropa Şurası çərçivəsində mövcud olan konvensiyalara qoşulması və bu istiqamətdə ölkəmizin qanunvericiliyinin uyğunlaşdırılması məsələlərinə toxunuldu. Görüşdə Azərbaycanda insan haqlarının qorunması, demokratik inkişafla bağlı məsələlər müzakirə edildi. Söhbət zamanı Avropa Şurasının gündəliyində duran və qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparıldı.

Azvision.az


Teqlər: İlham-Əliyev   AŞPA  





Xəbər lenti