Putinlə görüşə gedən Netanyahudan müharibə mesajı
Baş nazirin Knesset seçkilərindən və yeni hökumət təşkil etdikdən sonra İsrail hakimiyyətini və suverenliyini İordan çayının üzərində və Ölü dənizin şimalında təmin etməsi ilə bağlı açıqlaması Fələstin-İsrail münasibətlərində vəziyyətin daha da kəskinləşməsinə səbəb olub.
Qeyd edək ki, bu gün Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə Soçidə görüşəcək. Liderlər bölgədəki problemləri, o cümlədən Suriyadakı vəziyyəti müzakirə edəcəklər. Netanyahunun Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə də görüşü planlaşdırılır.
Şahanə Rəhimli
Azvision.az