“Dorian” faciəsi: 2500 nəfər itkin düşüb

   “Dorian” faciəsi:    2500 nəfər itkin düşüb
  12 Sentyabr 2019    Oxunub:1964
Baham adalarında “Dorian” qasırğası nəticəsində 2500 nəfər itkin düşüb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, qasırğa 50-dən çox insanın ölümünə səbəb olub. Ölü sayının artacağı istisna edilmir. Təbii fəlakətin ən çox təsir etdiyi iki adadan bu günə qədər 5 min sakin təxliyə edilib. Axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, dəymiş ziyanın hesablanması üçün BMT tərəfindən Baham adalarına mütəxəssislər göndərilib. Hazırda 70 min insanın təcili yardıma ehtiyacı olduğu bildirilir.

Azvision.az



Teqlər: Baham   Ada  





Xəbər lenti