Bakıda hərəkətə mane olan dayanacağın yeri dəyişdirildi

  11 Sentyabr 2019    Oxunub : 755
Bakıda hərəkətə mane olan dayanacağın yeri dəyişdirildi
Bakıda nəqliyyat axınına maneə yaradan daha bir avtobus dayanacaq məntəqəsinin yeri dəyişdirilib.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, təhlillər nəticəsində müəyyən edilib ki, Fətəli xan Xoyiski və Koroğlu Rəhimov küçələrinin kəsişməsindəki tunelin çıxışında yerləşən avtobus dayanacağı nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradırdı. Tunelin çıxışında əsas yolla birləşən hissədə kənar yolun sürətlənmə məsafəsinin az olması isə konfliktlərin yaranmasına səbəb olurdu.

Qeyd edilən problemlərin aradan qaldırılması məqsədi ilə avtobus dayanacaq məntəqəsi irəli köçürülərək cib tipli təşkil edilib. Nəticədə ərazidə nəqliyyat şəraiti yaxşılaşıb, sərnişinlərin marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsi təmin edilib.

Yaxın vaxtlarda tunelin çıxışında əsas yolla birləşən hissədə - kənar yolda sürətlənmə zolağının məsafəsi də uzadılacaq. Bununla da nəqliyyat vasitələrinin daha rahat və konfliktsiz çıxışı təmin ediləcək.

Azvision.az

Teqlər: BNA   Avtobus   Dayanacaq