“Boltonla danışmaq maraqlıdır” - Lavrov

 “Boltonla danışmaq maraqlıdır” -  Lavrov
  11 Sentyabr 2019    Oxunub:2679
ABŞ prezidenti Donald Trampın istefaya göndərdiyi milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton çox xoş həmsöhbətdir, ancaq sərt üslubuna görə rəsmi Moskva əksər məsələlərdə onunla razılaşmadı.
Azvision.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Bolton çox məlumatlı, düşüncəli bir insandır və onunla danışmaq maraqlıdır. Siyasi görüşlərinə gəldikdə, onunla bir çox məsələlərdə razılaşmadıq. O, güc metodlarına, o cümlədən hərbi güc metodlarına arxalanaraq kəskin bir üsluba sahibdir. Bildiyiniz kimi, Venesuela, İran və ya digər yerlərdə, müasir böhran vəziyyətləri ilə əlaqədar bir çox təşəbbüs irəli sürüb”, - deyə Lavrov qeyd edib.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Rusiya   Bolton  





Xəbər lenti