Şəhid övladlarına hədiyyələr verildi - FOTOLAR

Şəhid övladlarına hədiyyələr verildi -  FOTOLAR
  11 Sentyabr 2019    Oxunub:2778
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndələri Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsini yad ediblər.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Bakıda yaşayan şəhid ailələri ziyarət edilərək, şəhidlərin məktəbli övladlarına məktəbli çantası və dərs ləvazimatları hədiyyə olunub.

Nazirliyin və İctimai Birliyin nümayəndələri məktəbliləri qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edib, onlara dərslərində uğurlar diləyiblər. Şəhid ailələri göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, bölgələrdə yaşayan şəhid övladlarına isə hədiyyələr “Azərpoçt” MMC tərəfindən çatdırılıb.







Azvision.az



Teqlər: Nazirlik   Şəhid   Hədiyyə  





Xəbər lenti