Xaçmazda 2,2 ton çətənə məhv edilib

  11 Sentyabr 2019    Oxunub : 723
Xaçmazda 2,2 ton çətənə məhv edilib
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən narkotik maddələrin dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Oğuz RPŞ-nin əməkdaşları tərəfindən Xaçmaz kəndi ərazisində yabanı halda bitmiş çəkisi 2,2 ton olan 4150 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Azvision.az

Teqlər: DİN   Narkotik