Aşura mərasimində faciə: 31 ölü, 100 yaralı - (FOTO)

 Aşura mərasimində faciə:    31 ölü, 100 yaralı - (FOTO)
  10 Sentyabr 2019    Oxunub:4295
İraqın Kərbəla şəhərində Aşura mərasimi zamanı insan izdihamı faciəyə səbəb olub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, xeyli sayda müsəlmanın toplaşdığı piyada keçidinin çökməsi nəticəsində 31 nəfər ölüb, 100 nəfər yaralanıb.

Yaralılardan bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir. Ölü sayının artacağı istisna edilmir. Əraziyə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.





Azvision.az


Teqlər: Kərbəla   Faciə   Aşura  





Xəbər lenti