ABŞ Türkiyəni aldadır - Ankara xəbərdarlıq etdi

ABŞ Türkiyəni aldadır  - Ankara xəbərdarlıq etdi
  10 Sentyabr 2019    Oxunub:1884
"ABŞ Suriyanın şimalında təhlükəsizlik zonası yaratmaq məsələsini uzadır"
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. XİN rəhbəri ABŞ-ı Suriyanın şimal-şərqində təhlükəsizlik zonası yaratmaq üzrə danışıqları ləngitməkdə günahlandırıb.

"ABŞ ilə təhlükəsizlik zonasının müzakirələri barədə danışıqlardan sonra qarşı tərəfdən mərkəz nöqtəsinin yaradılmasına dair ilk addım atılıb. Ancaq bununla yanaşı biz ABŞ-a xəbərdarlığımızı etdik. ABŞ başda Münbiç yol xəritəsi olmaqla məsələyə laqeyd yanaşır. Terrorçularla bağladığı razılaşmalara görə sözünü tutmur. Onlar yenidən vaxtı uzatmağa çalışırlar".

Çavuşoğlunun sözlərinə görə, ABŞ-ın nümayiş etdirdiyi davranış Ankaranı qane etmir.

"Planlarımız hazırdır. Əməkdaşlığımız nəticə verməsə, özümüz bu zonaya daxil olacağıq və Afrində olduğu kimi, təmizlik aparıb sabitliyi təmin edəcəyik",- deyə nazir əlavə edib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Çavuşoğlu   Türkiyə   XİN  





Xəbər lenti