“Heç kim dövlət sirrini vermədi” - Lavrov Trampla görüşdən danışdı

 “Heç kim dövlət sirrini vermədi”  - Lavrov Trampla görüşdən danışdı
  10 Sentyabr 2019    Oxunub:2121
"2017-ci ilin may ayında Trampla görüşdə heç kim heç bir dövlət sirrini açmayıb"

Azvision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.
"Şayiələrə münasibət bildirmək istəmirəm. Xüsusən də, əvvəllər dediyim kimi, bu şəxslə - prezident administrasiyasının keçmiş işçisi Oleq Smolenkovla danışmamışam", - Rusiyalı nazir suala cavabında bildirib.

XİN rəhbəri əlavə edib: "Prezident Trampla 2017-ci ilin may ayında Ağ Evdə görüşümü qeyd etdiniz. Bu söhbət zamanı heç kim heç kimə dövlət, hətta qeyri-dövlət sirrini də vermədi. Mən yalnız faktları şərh edə bilərəm".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   ABŞ  





Xəbər lenti