“Hərbiyyə - 101” düşərgəsində növbəti gün - FOTOLAR

   “Hərbiyyə - 101” düşərgəsində növbəti gün -    FOTOLAR
  10 Sentyabr 2019    Oxunub:4807
"Hərbiyyə - 101" düşərgəsinin 5-ci gününə silahsız sıra hərəkətləri üzrə məşğələ ilə start verilib.
Azvision.az xəbər verir ki, sonra Sultanbud meşəsinə doğru hərəkət edən iştirakçıların avtomobil kalonu yol döngəsində xüsusi təyinatlı kəşfiyyatçı qrupun pusqusuna məruz qalıb. Kəşfiyyatçılar ağaclardan, əvvəlcədən qazılmış çalalardan və daldanacaqlardan hərəkət edərək iştirakçıları mühasirəyə alıb, onları, texnikaları girov götürməyə çalışıblar. İştirakçılar da öz növbəsində müqavimət göstərərək hətta əli silahlı kəşfiyyatçılarla əlbəyaxa döyüşə çıxıblar.



Silahların işə düşməsinə, partlayışların törədilməsinə baxmayaraq iştirakçılar sonadək mübarizə apararaq bayraqlarını müdafiə ediblər. Birlik komandiri, general - mayor Mayis Bərxudarov iştirakçıları pusqudan uğurla çıxdıqlarına görə təbrik edib.



Həmçinin kəşfiyyat qrupları tərəfindən düşmən obyektlərinə nümunəvi basqın məşğələsi keçirilib. Düşmən obyektlərinin mühafizəçiləri zərərsizləşdirilib, kəşfiyyatçılar bir nəfəri əsir götürərək qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetiriblər.

Yaşayış məntəqələrində xüsusi təyinatlı qrupların fəaliyyəti üzrə nümunəvi məşqlər də təqdim olunub.



Kəşfiyyatçı snayperlərin və əsgərlərin müxtəlif şəraitlərdə birlikdə maskalanması, həmçinin kəşfiyyat silah və optik elektron cihazlar, mini pilotsuz uçuş aparatları, dağ ləvazimatları və xüsusi kəşfiyyatçı geyimləri ilə tanışlıq keçirilib.

Komanda üzvləri kompasın köməyi ilə hərəkət qaydalarını mənimsəyib, həmçinin 5 km məsafəyə səmti müəyyənləşdirmə üzrə idman yarışları təşkil olunub.

Sonra Beyləqan rayonunun Qəhrəmanlı kəndində yerləşən Şəhidlər abidəsi ziyarət olunub.

Yat komandasından sonra gecə yarısı həyəcan siqnalı əsasında iştirakçıların ayıqlığı yoxlanılıb.

































Azvision.az


Teqlər: Hərbiyyə-101  





Xəbər lenti