89 azyaşlı təhlükədən xilas olunub - FHN-dən müraciət

 89 azyaşlı təhlükədən xilas olunub -  FHN-dən müraciət
  10 Sentyabr 2019    Oxunub:2331
Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.
FHN-dən Azvision.az -a verilən məlumata görə, müraciətdə son dövrlər Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə azyaşlıların mənzillərdə köməksiz vəziyyətdə bağlı qapı arxasında və liftdə qalmaları barədə daxil olan əməliyyat məlumatlarının sayının artdığının müşahidə edildiyi diqqətə çatdırılıb.

Bildirilib ki, cari ilin iyul və avqust aylarında qaynar xəttə köməksiz vəziyyətdə qalan azyaşlılar barədə bağlı qapı arxasında qalma 42, liftdə qalma hadisəsi üzrə isə 33 əməliyyat məlumatı daxil olub. Ümumilikdə, 75 əməliyyatda 89 azyaşlı təhlükədən xilas olunaraq ailə üzvlərinə və yaxınlarına təhvil verilib.

“Belə hadisələrin sayının çoxalmasını, mənzillərdə balacaların həyatına təhlükə törədə biləcək açıq elektrik naqilləri, elektrik plitəsi, qaz sobası, açıq eyvan və pəncərələr, düşə biləcək ağır əşyalar, kimyəvi maddələr və s. kimi amillərin mövcudluğunu nəzərə alaraq, valideynləri körpə və azyaşlılara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırırıq”, - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti