Naxçıvanda döyüş atışlı taktiki-xüsusi təlim keçirilib

Naxçıvanda döyüş atışlı taktiki-xüsusi təlim keçirilib
  10 Sentyabr 2019    Oxunub:1591
Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının minaatan bölmələri ilə döyüş atışlı taktiki-xüsusi təlim keçirilib.
Azvision.az Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, "həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonunda atəş mövqelərini tutan bölmələr minaatan qurğularından döyüş atışlarını yerinə yetiriblər.

Planlı və plandan kənar hədəfləri məhv edən heyətlər qarşıya qoyulmuş məqsədlərə nail olublar.

Azvision.az



Teqlər: Naxçıvan   ordu  





Xəbər lenti